Azərbaycan - Kosovo matçının başlama saatı dəyişdirilib

Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlama saatı dəyişdirilib.

Presssport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma fevralın 25-də günorta saatlarında baş tutacaq.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin görüşün saat 14:00-da başlaması qərara alınıb.

Xatırladaq ki, millimiz təsnifat mərhələsində ilk oyununu fevralın 22-də İsveçrəyə qarşı keçirəcək. Həmin səfər görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC