Stolüstü tennisçilərimiz Osiyekdə beynəlxalq turnirdə

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışa qatılıblar.

Presssport.az xəbər verir ki, yığma komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparacaq. Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək idmançıların, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarığını göstərəcək. 

Bu gün başlanan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC