Mərkəzi matçda məhsuldar bərabərlik, "Karvan" yenə 1:0-a sevindi

Bu gün Liqada XV tura start verilib.

Sportal.az xəbər verir ki, mərkəzi matçda

"Qaradağ Lökbatan" səfərdə MOİK-lə bərabərə qalıb. “Karvan” isə son pillənin sahibi "Araz Saatlı”nı öz meydanında çətinliklə də olsa məğlub edə bilib. Bununla da Kənan Kərimovun komandası qış fasiləsindən sonra 3-cü matçında da tək qolla qalib gəlib.

21 fevral (çərşənbə)

MOİK – “Qaradağ Lökbatan” - 2:2

Qollar: Elmir Rəhimzadə, 38; 90+9-pen – Fərid Mahmudov, 5. Rayan Gibero, 36.

“Karvan” – “Araz Saatlı” - 1:0

Qol: Elvin İsmayılov, 80

Qeyd edək ki, “Qaradağ Lökbatan” 29 xalla liderdir, “Şamaxı” 28 xalla 2-ci, “Karvan” 27 xalla 3-cü pillədədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC