AFFA Zaqatala komandasını çempionatdan kənarlaşdırdı

AFFA U-14 Liqasında çıxış edən “Viktoriya Zaqatala” komandası turnirdən kənarlaşdırılıb.

Presssport.az xəbər verir ki, bu haqda AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.

Səbəb komandanın mövsümdə 3-cü dəfə oyuna gəlməməsidir.

“Qafqaz Arena” ilə oyunda meydana çıxmayan bölgə təmsilçisi 3-cü dəfə texniki məğlubiyyətlə üzləşdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən Azərbaycan çempionatından uzaqlaşdırılıb.

Komitə aşağı yaş qrupu üzrə liqalarda çıxış edən 3 komandaya isə texniki məğlubiyyət verib. 

Region Liqasında baş tutan “Lokomotiv Baku” - İCBFA oyununda birincilərin heyətində meydana Əli Nəzərovun əvəzinə protokolda adı qeyd edilməyən başqa oyunçu çıxıb.

AFFA U-11 Liqasında keçirilməli olan “Şəmkir” FK – UGİŞM (Tovuz) görüşü ikincilərin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

AFFA U-17 Qızlar Liqasında mübarizə aparan “Sumqayıt”ın isə “Sabah”la qarşılaşmada heyətində yetərsay olmayıb.

Bütün bunlar “Lokomotiv Baku”, UGİŞM (Tovuz) və “Sumqayıt”ın 0:3 hesablı texniki məğlubiyyət almalarına səbəb olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC