Ozobiçin mətbuat konfransı olacaq

"Neftçi"nin futbolçusu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, fevralın 22-si saat 14:00-da “Neftçi Arena”da keçiriləcək tədbirdə yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Rusiyada “Spartak” (Moskva, 2010-2013), Xorvatiyada “Hayduk” (Split, 2012-2013) və “Slaven” (Belupo, 2013-2016) klublarında çıxış etmiş Filip ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib. Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və ən yaxşı iki bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb. Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 13 oyun keçirib, 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC