"Azərreyl" liderliyə yüksəldi

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub.

Presssport.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində həm qadın, həm də kişilərin Yüksək Liqası çərçivəsində qarşılaşmalar keçirilib.

İlk olaraq meydana kişilərdən ibarət “Murov Az Terminal” və “Neftçi” çıxıblar. Gərgin keçən görüşdə “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb. 

Günün növbəti matçı isə qadınlardan ibarət “Milli Aviasiya Akademiyası” və “Azərreyl" arasında olub. Oyuna daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib.

Kişilərin turnir cədvəlinə “Azərreyl” 24 xalla (8 qələbə) liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qadınların turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

21 fevral 

Yüksək Liqa (kişilər)

“Murov Az Terminal” - “Neftçi” 3:1 (25:21, 27:25, 33:35, 31:29)

Yüksək Liqa (qadınlar)

“Milli Aviasiya Akademiyası” - “AZERRAIL” 0:3 (21:25, 10:25, 12:25

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC