Türkiyə - Azərbaycan matçının yeri bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Presssport.az xəbər verir ki, komandalar qrupun IV turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.

Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.

Millimizin oyunlarının təqvimi belədi:
5 aprel: Macarıstan – Azərbaycan
9 aprel: Azərbaycan – İsveçrə
31 may: Azərbaycan – Türkiyə
4 iyun: Türkiyə – Azərbaycan
12 iyul: Azərbaycan – Macarıstan
16 iyul: İsveçrə – Azərbaycan


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC