Ehtiram Quliyev "Turan Tovuz"un çempion komandalarını mükafatlandırdı

“Göztəpə Bakı” Futbol Məktəbinin təşkilatçılığı ilə Bakı şəhərində Beynəlxalq “Dostluq Turniri”nə yekun vurulub.

Presssport.az xəbər verir ki, U-10 və U-12-lər arasında keçirilən turnirdə akademiyanın müvafiq yaş qrupu üzrə komandaları ilə yanaşı, “Zəngəzur”, “Qalatasaray Bakı”, “Trabzonspor Bakı”, “Göztəpə Bakı”, “Adana Demirspor Bakı”, “Futbol Master” (Qazaxıstan) və “Manqıştau” (Qazaxıstan) istirak ediblər.

Seymur Tağıyevlə Elxan Abdıyevin rəhbərlik etdikləri “Turan Tovuz” U-12 və “Turan Tovuz” U-10 komandaları keçirdikləri bütün oyunlarda qalib gəlməklə hər iki yaş qrupunda çempion adını qazanıb.

Mükafatlandırma mərasimində komandalara çempionluq kubokunu “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev təqdim edib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC