"Qarabağ" Belarusda çempion oldu

"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin qalibi olub. QOL.az xəbər verir ki, Asif Əlizadənin komandası bu gün keçirdiyi hər iki matçda qələbə qazanmaqla yarışın çempionu adına yiyələnib. 

“Qarabağ” yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi həlledici qarşılaşmada BATE ilə görüşüb. “Qarabağ” bu görüşdə də bir cavabsız qolla qələbə qazanıb. Bununla da "Qarabağ" beynəlxalq turnirin qalibi olub. Qeyd edək ki, U-14 qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, ardınca Belarus BATE-si ilə görüşdən xalsız ayrılıb – 0:1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC