Xabi Alonso üçün Avropanın 3 nəhəngi mübarizə aparır

“Qarabağ”la Avropa Liqasında bir qrupda oynamış, sonradan 1/8 finalda da qarşılaşaraq üstələmiş "Bayer"in baş məşqçisi Xabi Alonso üçün Avropanın 3 nəhəng klubu mübarizə aparır.

Presssport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis "Bavariya", "Liverpul" və "Real" gündəmində yer alır.

Bu barədə Münhen təmsilçisinin fəxri prezidenti Uli Hoeness məlumat verib:  "Alonso böyük komandanı çalışdıra biləcəyini sübut etdi. "Bavariya", "Real" kimi "Liverpul" kimi klublar onu komandaya gətirmək üzərində mübarizə aparır".

Alonsonun "Bayer"lə 2026-cı ilin iyununa kimi müqaviləsi var. Onun rəhbərliyi altında Leverkuzen təmsilçisi cari mövsümdə məğlubedilməz olaraq, Bundesliqada ən yaxın izləyicisi "Bavariya"nı 10 xal qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC