"İngiltərə və Ukraynaya Bakıda əlbəttə ki, qalib gəlməyə çalışacağıq, onlardan alacağımız hər xal qızıla bərabərdi"

“Əslində, belə baxanda, bəli, A millisi tam başqadı, ölkənin “1 nömrə”li futbol yığmasıdı. Amma U-21 millisinin də indi yaxşı oyunları var. Qrupda ən güclü 2 rəqibə qarşı oynayacağıq - İngiltərə və Ukraynayla. Fərqi yoxdu, hansı milliyə çağırılsam, həmişə ən yaxşısını etməyə çalışacam. Əsas yığmanın oyunları yoldaşlıq görüşləridi, U-21-də isə rəsmi matçlardı, güclü rəqiblə qarşı oynayacağıq. Yüksək səviyyəli matçlar olacaq”.

Bu fikirləri Presssport.az-a açıqlamasında U-21 yığmamızın 2025-ci il Avropaa çempionatının seçmə mərhələsində İngiltərə və Ukraynadan olan həmyaşıdlarıyla matçlara çağırılan futbolçusu Cəlal Hüseynov deyib.

Müdafiəçinin fikrincə, rəqiblər nə qədər güclü olsa da, evdə qələbəyə oynacaqlar: "Nəticə baxımından deyə bilmərəm ki, belə olacaq, yaxud qalib gələcəyik. Amma əslində, U-21-də də yaxşı bir komanda var. Şəxsən mən uşaqları çox bəyənirəm. Çox mübariz komandadı, ən sevdiyim keyfiyyətlərimizdən biri budu. Əlbəttə ki, həmişəki kimi ən yaxşısına ümid edəcəyik. Çalışacağıq ki, əlbəttə, qələbə qazanaq. Amma qrupun digər oyunlarını da nəzərə alsaq, bu komandalardan alacağımız hər xal qızıla bərabərdi. Buna görə də ən maksimumu etməyə çalışacağıq. Buna əminəm - istər mən, istərsə də komanda yoldaşlarım tərəfdən. Baxaq görək yekun necə olacaq".

Xatırladaq ki, Samir Əliyevin komandası ingilisləri bu gün, ukraynalıları martın 26-da “Azərsun Arena”da qəbul edəcək. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC