Çalımbay millimizi çalışdırmağa hazırdı: "Bir neçə günə mənimlə əlaqə saxlayacaqlarını düşünürəm"

Tanınmış türkiyəli mütəxəssis Rza Çalımbay Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər.

Presssport.az xəbər verir ki, bunu 61 yaşlı məşqçi özü yerli mətbuata açıqlamasında deyib.

O, yığmamızın “sükanı arxası”na keçməyə hazır olduğunu söyləyib: “Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Çalımbay sonuncu dəfə 2023-cü ildə “Beşiktaş”a rəhbərlik edib.

Xatırladaq ki, italiyalı Canni de Byazinin istefasından sonra millli komandamızda baş məşqçi postu boşdu. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC