Mingəçevir və Qazax komandaları Bakıdakı final mərhələsinə vəsiqə qazandılar

Həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.

Presssport.az xəbər verir ki, buna Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan zona yarışlarından sonra aydınlıq gəlib.

Son gündə Mingəçevir Göygölə 22:15, Qazax isə Gəncəyə 17:8 hesabıyla qalib gəlib.

Keçirdiyi hər üç görüşdə qələbə qazanan Mingəçevir zona yarışlarının qalibi olub. Qazax 2-ci, Göygöl 3-cü yeri tutub. Hər üç qarşılaşmasında məğlub olan Gəncə isə sonuncu olub.

Beləliklə, Mingəçevir və Qazax komandaları iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak hüququ əldə ediblər.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC