Amerika Kuboku-2024-ün bütün iştirakçıları bilindi

Amerika Kubokunun bütün iştirakçıları müəyyənləşib.

Presssport.az xəbər verir ki, son vəsiqənin sahibləri Kanada və Kosta-Rika milli komandaları olub. 

Kanadalılar Trinidad və Tobaqonu (2:0), kosta-rikalılar isə Hondurası (3:1) məğlub edərək final mərhələsinə yüksəlib. 

Kanada Argentina, Peru və Çili ilə A qrupuna düşüb. Kosta-Rika isə D qrupunda Braziliya, Kolumbiya və Paraqvayla qarşılaşacaq.

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika

Amerika Kuboku-2024 iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC