Akif Quluzadədən möhtəşəm qələbə

Tailandın Banqkok şəhərində RSW muay-tay liqasında beynəlxalq turnir keçirilib. 

Presssport.az xəbər verir ki, ölkəmizi yarışda “Best of the Best” promoşn qrupunun idmançısı 18 yaşlı Akif Quluzadə təmsil edib. 

60 kq çəki dərəcəsində çıxış edən Quluzadə tailandlı rəqibi Petchsamartı məğlub etməklə gecənin kəşfi seçilib. Döyüşü yüksək səviyyədə keçirən Akifin çıxışı turnirin ən maraqlı mübarizəsi kimi qeyd olunub.

Qeyd edək ki, “Best of the Best” promoşn qrupu K-1 döyüş növündə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda təmsil olunmasına dəstək olur. Məhz “Best of the Best”in dəvəti əsasında məşhur idmançılar Badr Hari, Buakav Bençamek ölkəmizə səfər edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC