Bolqarıstan millisinin baş məşqçisi Bakıda Andradeylə görüşüb: "Azərbaycanla matçda qələbəyə köklənmişik"

"Azərbaycanın Monqolustanla oyununa tam baxmamışam. Sadəcə, epizodları izləmişəm. Azərbaycana dominant oyun sərgilədi. Kifayət qədər şansları var idi və layiqli qələbə qazandı".

Presssport.az xəbər verir ki, bu sözləri Bolqarıstan milli komandasının baş məşqçisi İlian İliyev deyib.

Bolqar mütəxəssis bunu “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da isə Azərbaycana qarşı keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

  • Həm də "Çerno More"nin baş məşqçisiz. Maraqlıdır, Azərbaycan millisinin üzvü olan Cəlal Hüseynovu izləmisiniz?

- Bəli, bu futbolçunu yaxşı tanıyıram. Yaxşı keyfiyyətə malik, istedadlı futbolçudur. 

- "Çerno More"dən söz düşmüşkən, vaxtı ilə srəhbərliyiniz altında oynamış "Qarabağ"ın futbolçuları Leandro və Patrik Andrade ilə Bakıda görüşmüsüz?

- Bəli, Leandro ilə görüşmüşəm. Patrik isə Kabo-Verde millisinin heyətindədir deyə, onunla görüşmək imkanımız olmadı. 

- Azərbaycan sabah evdə oynayacaq və qələbə üçün meydana çıxacaq. Bu, sizin üçün təzyiqdir?

- Əminəm ki, bu turnir qarşıdan gələn Millətlər Liqası öncəsi bizə kömək olacaq. Azərbaycanın güclü tərəflərini yaxşı bilirik.  

- Son görüşlərdə Macarıstan və Serbiya ilə 2:2 oynamışdınız, Tanzaniyanı isə 1:0 məğlub etdiniz. Azərbaycana məğlubiyyət Bolqarıstanda tənqidlərə yol açacaq?

- Həmin oyunlardakı nəticələrə görə müsbət məqamlar əldə etdik. Tanzaniya ilə matçda da müsbət məqamlar var idi. Tənqid məsələsinə gəlincə, bundan əmin ola bilmərik. Fikirlər tək nəticə üzərindən yürüdülmür. Bu haqda düşünmək istəmirik. Sabahkı oyunda qələbəyə köklənmişik.

- Azərbaycandakı təşkilatçılıq necədir?

- İndiyə kimi təşkilatçılıq mükəmməldir. Bu yarışa qatılmaq şərtlərimizdən biri o idi ki, hər şey yüksək və peşakar səviyyədədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC