Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyun cədvəli açıqlanıb.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turun matçları martın 26-da olacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. 

"Gəncə" doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlanacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, saat 18:00-da "Murov Az Terminal" "Azərreyl"lə görüşəcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

Xatırladaq ki, "Azərreyl" 42 xalla liderdi. "Murov Az Terminal" 37 xalla 2-ci, "Abşeron" 33 xalla 3-cü, "Gəncə" 24 xalla 4-cü pillədə qərarlaşıb. 5-ci yerdə gedən "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC