Millimizin uda bilmədiyi bolqarlar: aktivimizdə 1 heç-heçə, 2 qol var

Bu gün Azərbaycan millisi "FIFA series-Edition 2024" turnirində son oyunda Bolqarıstanla qarşılaşacaq.

Presssport.az xəbər verir ki, hər 2 ölkənin əsas yığmaları buna qədər 5 dəfə üz-üzə gəlib. Bu matçların 4-də bolqarlar qələbə qazanıb, bir görüş isə heç-heçə olub (topların fərqi 9-2 rəqibin xeyrinədi). 

Göründüyü kimi, millimizin 32 illik tarixində məğlub edə bilməyən rəqiblərdən biri də Bolqarıstan yığmasıdı. Yeganə heç-heçə də məhz bu gün millərin görüşəcəyi “Tofiq Bəhramov”da olub ki, bu, həmin arenada tək qarşılaşmalarıdı.

Komandalar arasındakı son görüş 9 il əvvələ təsadüf edir. Sofiyadakı rəsmi matç bolqarların inamlı qələbəsiylə başa çatıb - 2:0.
Bolqarıstan millisi FIFA reytinqində Azərbaycan yığmasından öndədi. Belə ki, onlar 83-cü pillədə qərarlaşıbsa, biz 113-cüyük. 
Azərbaycan və Bolqarıstan yığmalarının qarşılaşmaları:

26.07.2000. Varna. “Spartak” stadionu. Yoldaşlıq görüşü. Bolqarıstan – Azərbaycan - 2:1

Qollar: Krasimir Çomakov, 5, Hristo Yovov, 21 - Ramiz Məmmədov, 61 

Baş məşqçi: İqor Ponomaryov

20.02.2002. Sofiya. “Slaviya” stadionu. Yoldaşlıq görüşü. Bolqarıstan – Azərbaycan - 3:0

Qollar: Velizar Dimitrov, 10, Zoran Yankoviç, 22-pen, Kiril Nikolov, 63

Baş məşqçi: Kazbek Tuayev

17.11.2004. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Yoldaşlıq görüşü. Azərbaycan – Bolqarıstan - 0:0

Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)

09.09.2014. Bakı. “Bakcell Arena” stadionu. AVRO-2016-nın seçmə mərhələ oyunu. Azərbaycan – Bolqarıstan - 1:2

Qollar: Dmitri Nazarov, 54 - İliyan Mitsanski, 14, Ventislav Hristov, 87

Baş məşqçi: Berti Foqts (Almaniya)

13.10.2015. Sofiya. Vasil Levski stadionu. AVRO-2016-nın seçmə mərhələ oyunu. Bolqarıstan – Azərbaycan - 2:0

Qollar: Aleksandr Aleksandrov, 20, Dimitar Rangelov, 56

Baş məşqçi: Robert Prosineçki (Xorvatiya)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC