Millimizdən əzmkar heç-heçə - YENİLƏNİB

Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün son oyununu keçirib.

Presssport.az xəbər verir ki, millimiz FİFA-nın yeni turnirnə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstan yığması ilə qarşılaşmayla yekun vurulub.

“CBC Sport”la canlı yayımlanan oyunda, startda eyni hesabla qalib gələn yığmalar görüşüb. Belə ki, Azərbaycan Monqolustanı, Bolqarıstan Tanzaniyanı 1:0 hesabıyla məğlub etmişdi.

Arif Əsədovun çalışdırdığı yığmamız hesabda geri düşdüyü matçda son dəqiqələrdə əzmkarlıq göstərib məğlubiyyətdən xilas olub. Bərabərlik qolunun müəllifi sonradan meydana çıxan hücumçu Musa Qurbanlı olub.

25 mart (bazar ertəsi)

20:00. Azərbaycan – Bolqarıstan - 1:1

QOLLAR: M.Qurbanlı, 87 - F.Krastev, 59
Baş hakim: Kristo Tohver
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (hamısı Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Baş məşqçi: Arif Əsədov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev

Baş məşqçi: İlian İliev


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC