Millimizin baş məşqçisi postuna Çerçesov gətirilir? - AFFA son nöqtəni qoydu

Rusiya mətbuatı yığmalarının sabiq çalışdırıcısı Stanislav Çerçevosun Azərbaycan millisində baş məşqçi postuna namizədlərdən olduğunu iddia edib.

Presssport.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli "sport24.ru" saytına açıqlamasında təcrübəli rusiyalı mütəxəssislə bağlı xəbərləri təkzib edib:

"Millinin yeni baş məşqçisi ilə bağlı qərar İşçi Qrupunun iclasından sonra müzakirə olunacaq. Hazırda nə Çerçesov, nə də başqa mütəxəssislə danışıqlar gedir. Rəsmi olaraq hələ bir namizəd və ya təklif yoxdur".

Xatırladaq ki, millimizə hazırda məşqçi Arif Əsədov rəhbərlik edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC