AVRO-2024-ə vəsiqə qazanacaq son 3 komanda bu gün müəyyənləşir

Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin son 3 iştirakçısı bu gün bəlli olacaq.

Presssport.az xəbər verir ki, pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

AVRO-2024

Pley-off mərhələsi

Final oyunları

26 mart (çərşənbə axşamı)
21:00. Gürcüstan - Yunanıstan
23:45. Ukrayna - İslandiya
23:45. Polşa - Uels

Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə görüşəcək. Polşa - Uels matçında sevinən tərəf isə D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Xatırladaq ki, AVRO-2024 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC