Millimiz evdə yenə darmadağın olundu - YENİLƏNİB

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Presssport.az xəbər verir ki, Samir Əliyevin komandası qrup lideri olan Ukraynanın müvafiq yaş qrupundan ibarət yığmasıyla qarşılaşıb.

 “CBC Sport”la canlı yayımlanacaq matç ardıcıl 2-ci ev oyunumuz olub. 21 yaşlılarımız yenə öz meydanında darmadağın olunub.

Xatırladaq ki, U-21 yığmamız 4 gün öncə məhz Suraxanıda "Qarabağ"ın stadionunda İngiltərə U-21-inə böyük hesabla yenilmişdu - 1:5.

26 mart (çərşənbə axçamı)
16:00. Azərbaycan U-21 – Ukrayna U-21 - 0:3 

QOLLAR: A.Yatsyuk, 25,  O.Oçeretko, 40, V.Rubçinski, 57
Baş hakim: Dario Bel
Baş hakimin köməkçiləri: Qoran Pataki, İvan Yaniç
Dördüncü hakim: Zdenka Lovriç (hamısı Xorvatiya)

Bakı. "Azərsun Arena" stadionu
Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov (k), 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurrahmanov, 7. Camal Cəfərov, 9. Nəriman Axundzadə

Baş məşqçi: Samir Əliyev

Ukrayna: 1. Ruslan Neşçeret, 15. Artyom Smoliakov, 16. Arseniy Batahov (k), 13. Volodimir Saliuk, 4. İllya Krupski, 8. Oleq Oçeretko, 22. Valentin Rubçinski, 18. Aleksandr Yatsyuk, 10. Nazar Voloşin, 20. İqor Krasnopir, 21. Maksim Braharu

Baş məşqçi: Unay Melqoza

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC