"Belə bir komanda qurmağı necə bacardılar, çox maraqlıdı" - Murad Musayev ruslara "Qarabağ" haqda

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev Rusiyada yayımlanan "Komment.Şou" "YouTube" kanalına müsahibə verib.

Presssport.az xəbər verir ki, hazırda "Krasnodar"ı çalışdıran 41 yaşlə rusiyalı mütəxəssis Azərbaycan futbolu haqda danışıb. Musayev "Qarabağ"ı xüsusi qeyd edərək, kiçik büdcə ilə böyük işlər gördüyünü vurğulayıb:

"Qarabağ" Avropada səs-küy salıb. Avropa Liqasında "Braqa"nı keçdi. "Qarabağ"ın 14 milyon avro qiyməti var, portuqaliyalıların isə 114 milyon avro. Bu oynadıqları oyunu həm "Sabah"a, həm də "Bayer"ə qarşı sərgiləyirlər. Avropada böyük nəticələr qazanmağa başladılar. Onların keçdiyi yol məndə simpatiya oyadır. Ən azı "Qarabağ"a görə Azərbaycan çempionatını izləməyə dəyər. Minimal imkanlarla böyük işlər görürlər. Avropada rəqiblərindən üstün futbol nümayiş etdirirlər.

"Braqa"nı tam üstün oyunla keçdilər. İkinci matçda 10 nəfərlə qalmalarına və əlavə vaxta baxmayaraq, demək olar ki, üç hissədə Portuqaliya Liqa Kubokunu qazanan "Braqa"dan üstün oldular. Belə bir komanda qurmağı necə bacardılar, çox maraqlıdır. Böyük sovet ənənələri olan "Neftçi" klubu da var. Bir sıra maraqlı komandaları qeyd edə bilərəm. "Sabah" da çox maraqlı komandadı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC