AVRO-2024-ün bütün iştirakçıları müəyyənləşib

2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsində (AVRO-2024) iştirak edəcək bütün yığmalar müəyyənləşib.

Presssport.az xəbər verir ki, Gürcüstan millisindən sonra Ukrayna və Polşa yığmaları da həmin uğura imza atıblar.

Ukrayna Budapeştdə qəbul etdiyi İsyandlyanı 2:1 hesabıyla məğlub edib. Uelsin isə Polşayla ev matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında polşalı futbolçular daha dəqiq olublar - 5:4.

Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci  avtomatik olaraq yarışın ev sahibi Almaniya olub. Daha 3 yığma iə Millətlər Liqasındakı pley-off oyunlarından vəsiqə qazanıb.

A qrupu

Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu

İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu

Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu

Polşa, Niderland, Avstriya, Fransa

E qrupu

Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu

Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya

AVRO-2024 bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Reqlamentə əsasən hər qrupdan 2 ən yaxşı komanda və ən yaxşı göstəricilərə malik 3-cü yeri tutan 4 komanda turnirin 1/8 final mərhələsinə yüksələcək.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC