"Qarabağ"ın futbolçusu CAR-la matçda 2 qol vurdu, 1 məhsuldar ötürmə etdi

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair millisində növbəti qolunu vurub.

Presssport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "FİFA series - Edition 2024" çərçivəsində CAR millisi ilə matçda 2 qol vurub və 1 məhsuldar ötürmə etməyi bacarıb.

Benzia matçın ən yaxşısı seçilib. 3:3 hesabı ilə başa çatan görüşün 74-cü dəqiqəsində meydanda olan "Qarabağ"lının vurduğu 2-ci qol baxımlılığı ilə seçilib.

Xatırladaq ki, Yassin 4 gün öncə Boliviyayla görüşdə də qol vurmuşdu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC