"Qarabağ" gürcü futbolçunu təbrik etdi

"Qarabağ" gürcü qapıçısı Luka Quqeşaşvilini təbrik edib.

Presssport.az xəbər verir ki, klub rəsmi sosial şəbəkə hesabları vasitəsi ilə yaydığı təbrikdə bunları qeyd edib: "Təbriklər, Luka! Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib".

Xatırladaq ki, 25 yaşlı Quqeşaşvili Gürcüstan millisinin ehtiyat qapıçısıdır. O, Yunanstanla Tiflisdəki həlledici matçda da ehtiyatda olub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC