Gimnastlarımız Fransada Qran-pri turnirinə qatılacaqlar

Azərbaycan gimnastları martın 30-31-də Fransanın Tiye şəhərində keçiriləcək 35-ci beynəlxalq Qran-pri turnirində iştirak edəcəklər.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun idman direktoru Natalya Bulanova, bədii gimnastika millisinin baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandanın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, eləcə də fərdi gimnast İlona Zeynalova sözügedən yarışa qatılacaqlar.

Milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da yarışda ölkəmizi təmsil edəcəklər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC