Dünya Kubokunda 4 gimnastımız mübarizə aparacaq

Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan millisi “Challenge” seriyasına aid Dünya kubokunda iştirak edəcək.

Presssport.ax xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində startı veriləcək yarışda 4 idmançımız mübarizə aparacaq.

Məşqçilər Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.

Dünya kubokuna martın 31-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC