"Futbolçuların çəkdiyi əziyyətə heyfim gəlir, yaxşı oyuna görə də 3 xal vermirlər" - Tsxadadze

"Danışmağa çox sözüm yoxdu. Üstünlük bizim tərəfdə idi. Çoxlu qol epizodumuz oldu, dəyərləndirə bilmədik. Yaxşı oyuna görə də 3 xal vermirlər".

Presssport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın XXVIII turunun "Neftçi" ilə (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyunu unutmaq üçün nə edəcəksiz?

- Belə oyundan sonra toparlanmaq çox çətindi. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik.

- Əsas rəqibiniz olan "Kəpəz" əlinə düşən fürsətlərdən maksimum istifadə edib qollar vurur. Bu gün "Qəbələ" isə 10-dan çox epizod yaratdı, amma qol vura bilmədi. Sizcə, bunun səbəbi nədir?

- Bəli, razıyam ki, "Kəpəz" demək olar yarım epizoddan qol vurur. Biz isə yüzfaizlik fürsətləri dəyərləndirə bilmirik. Samuel Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdu. Keyfiyyət çatmır.

- Mətbuatda belə xəbərlər var  ki, komanda aşağı liqaya düşsə də, "Qəbələ"də qalacaqsınız. Bu xəbərlər nə dərəcədə həqiqətdir?

- Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik.

- Premyer liqada sonuncu yerdə olsaz da, kubokda yarımfinaldasız. Kubokla bağlı fikirləriniz necədi?

- Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC