"Sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdı, bu, artıq sondu" - Şükürov

 "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XXVIII turunun "Qarabağ"la matçından sonra mətbuat konfransı keçirib. 

Presssport.az xəbər verir ki, 47 yaşlı komandasının 1:6 hesablı məğlubiyyətini şərh edərək, Ağdam klubunun çempionluğu haqda da danışıb:

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündü. Səhvlərdən nəticə çıxarıb irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik. Azərbaycan klubları "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdı. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu artıq sondur".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC