Murad Musayev üçün "Qəbələ"ni belə görmək çox ağırdı: "Yeganə problemimiz qol vura bilməməkdi"

"Qəbələ" ötən gün Premyer Liqanın XXVIII turu çərçivəsində "Neftçi" ilə qarşılaşdı. Doğma azarkeşləri önündə çoxsaylı qol epizodları yaratmasına rəğmən, 0:1 uduzan "qırmızı-qaralar" vəziyyətini bir qədər də ağırlaşdırdı.

Bu duruma məyus olanlardan biri də "Qəbələ"nin müdafiəçisi Murad Musayev idi. 29 yaşlı futbolçu oyundan sonra müsahibə verib. 

- Oyun haqda təəssüratların necədir?
- Əhəmiyyətli oyun idi. Bizim üçün hər bir oyun önəmli, vacibdir. Bu gün hesab 5:1, 4:0 xeyrimizə ola bilərdi. Sadəcə, "Neftçi"nin bir epizodu oldu və qol vurdular. Bütün oyunboyu matça nəzarət bizim əlimizdə idi. Çox yaxşı oynadıq. Yeganə problemimiz qol vura bilməməkdir. Necə mübarizə aparıb oynadığımızı hamı görür. Sonuncu pillədə gedirik. Çətin vəziyyətdəyik.

- Bir epizodda komanda yoldaşın qol vurula bilməyəndə məşqçilər korpusuna dönüb üsyan etdin.
- Ola bilər belə olsun. Oyunun içində olan emosiyalar idi. Qol vurmaq istəyirik. Alınmır...

- Baş məşqçi soyunub-geyinmə otağında qaçırılan qol epizodlarına görə hansı iradları bildirdi?
- Məşqçi də onu deyir ki, qol vurmaq lazımdır. Oyunu udmaq istəyirsənsə, rəqibə çox qol vurmalısan. Çox təssüf ki, biz onu bacarmırıq.

- Sonuncu pillədə olmağınız üzərinizdə psixoloji basqı yaradırmı?
- Təbii ki, psixoloji gərginlik var. "Qəbələ" böyük klubdur. Bu klubun futbolumuza verdiyi faydanı hamı bilir. Hər bir komandamızda bu klubun iki-üç yetirməsi oynayır. Mən 10 ildir bu klubdayam və komandanı belə görmək çox ağırdır. Bilmirəm necə olacaq. İnşallah, yaxşı olar.

- Oyun zamanı sanki əzələni dartdın...
- Mən onsuz da zədə ilə oynayıram, axsayıram. Problemim var. Oyundan öncə də yarımçıq məşq eləmişdim. Çalışdım nəsə edim, bu vəziyyətdə faydam toxunsun. 

- "Qəbələ" elitadan düşsə, komandada qalacaqsan?
- İnşallah, bu baş verməz. Çalışacağıq ki, əlimizdən nə gəlirsə, yaxşı nə varsa, klub üçün onu edək (fanat.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC