"Zirə" "Sabah"ı 3-cü dəfə məğlub etdi, 3-cü pilləni onun əlindən aldı

Bu gün Premyer Liqada son dövrədə 2-ci oyun günü olub.

Presssport.az xəbər verir ki, günə Masazırda yekun vurulub.

Belə ki, “Sabah” “Zirə”ni qəbul edib. Masazır təmsilçisi xorvatiyalı yeni baş məşqçisi Krunoslav Renduliçlə ilk xal itkisinə məruz qalıb. Rəşad Sadıqovun komandası bu rəqibi cari çempionatda 3-cü dəfə məğlub edərək 3-cü pilləni onun əlindən alıb.

Xatırladaq ki, XXVIII tura sabah “Sumqayıt” - “Araz-Naxçıvan” matçıyla yekun vurulacaq.

30 mart (şənbə)

19:00. “Sabah” – “Zirə” - 0:1 (2-ci hissə)

Qol: R.Renato, 24
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Bakı. “Bank Respublika Arena” stadionu

Cari çempionatdakı matçlar - 0:1, 0:1, 1:0

"Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 70. İssa Cibrila, 23. Rafael Utziq, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC