"Spartak" "Neftçi"ylə əlaqədədi - yoldaşlıq görüşü keçirmək üçün

"Spartak" "Neftçi" ilə daha bir yoldaşlıq görüşü keçiriəcək.

Presssport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Spartak"ın baş direktoru Oleq Malışev "Neftçi" yoldaşlıq oyunu keçirmək niyyətində olduqlarını deyib: "Çalışacağıq ki, gələcəkdə "Neftçi" ilə yoldaşlıq oyunu təşkil edək. Nə vaxt olacağı bəlli deyil, amma əlaqədəyik".

Xatırladaq ki, "Spartak" və "Neftçi" klubları 2023-cü il iyulun 18-də Moskvada yoldaşlıq oyunu keçirib. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında martın 23-də baş tutmalı olan oyun, matçdan bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC