Buzovna I Liqada təmsil olunacaq

II Liqanın lideri "Baku Sportinq" növbəti mövsümdən Birinci Liqada iştirak etmək iddiasındadı. Paytaxt təmsilçisi artıq növbəti mövsümün planlarını indidən cızaraq, peşəkarlıq yolunda daha bir addım atıb. Belə ki, əvvəllər Binə qəsəbəsində ev oyunlarını keçirən komanda yeni mövsümdən fərqli məkanı təmsil edəcək.

"Baku Sportinq"in mətbuat xidmətindən Pressssport.az-a verilən məlumata görə, Bakı kəndlərindən birinə köçəcəklər. Bu, konkret olaraq Buzovnadı: "Buzova qəsəbəsinin keçmiş təmsilçisi "Xəzri"nin stadionunu təmir etmişik. Təbii ot örtüyünü və tirbunaları bərpa etmişik. Hədəfimiz I Liqada çıxış etməkdr və yeni mövsümdən həmin liqada Buzovnanı təmsil edəcəyik. Mətbuat otağı və hakim otaqlarını da bərpa etmişik. Stadionda görüləsi kiçik işlər qalıb. Bunlar da yekunlaşan kimi stadiona köçəcəyik".

"Baku Sportinq" 18 turdan sonra 42 xalla hazırda İkinci Liqanın lideridir. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC