AFFA-nın hesabat ilində gəlirləri və xərcləri açıqlandı

AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir.

Presssport.az xəbər verir ki, tədbirdə qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.

AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.

UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.

Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.

AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənəndir. Yığmalara ümumilikdə 12 milyon 806 min 378 manat vəsait xərclənib.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC