Avropa Liqasında ən yaxşı seçilən Toral Bayramov çox ləzzət alıb: "Oyundan qabaq da içimdə belə hiss vardı ki, qol vuracam"

“Norveçdəki oyunda çətinliklər çox idi - meydança amili, hava durumu. Şükürlər olsun ki, komanda olaraq bunlara dözdük və və çıxıb baş məşqçinin verdiyi tapşırılqarı yerinə yetirərək sonda sevinən tərəf olduq. Qələbə də öz yerində də, qol da. Əlbəttə, çox sevincliyəm ki, vurduğum qol komandama qələbədə kömək oldu".

Bu sözləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Budo Qlimt"ə Norveçdə 2:1 hesabıyla qalib gəldikləri matçda uzaq məsafədən çox baxımlı qola imza atan gənc sol cinah müdafiəçisi həmin epizodu belə xatırlayıb: “Oyundan qabaq da içimdə belə hiss vardı ki, qol vuracam. Əlbəttə ki, bəlkə belə qol vurmağı düşünməzdim, inanmazdım. Ancaq fürsət düşdü qarşıma və şansımı yoxladım. Əlbəttə, uzaq məsafədən zərbələr endirməyi xoşlayıram. Qabağım açıq idi və topu saxlayandan sonra birinci fikrimdə onu qapıya vurmaq oldu. Şükürlər olsun ki, bu, qol oldu”.

Məlumdu ki, Toralın qolu Avropa Liqasında həftənin ən yaxşı qolu seçilib. Bu, UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsinin yekun nəticəsinə əsasən müəyyənləşib. Uğuruna görə çox sevinən millimizin üzvü ən yaxşı seçilməsini gözləyib: “Əlbəttə ki, qoldan çox ləzzət aldım. Karyeramda ən baxımlı qol olduğunu deyə bilərəm, ya yox... Əslində, belə vurduğum qollar da olub. Hanıslar ki, unudulmayacaqdı. Amma belə deyərdim ki, karyeramda ən vacib qollardan biridi".

Maraqlıdı, baş məşqçisi Qurban Qurbanov matçdan sonra Toralı bu qola görə xüsusi təbrik etdimi, tərif dolu sözlər dedimi?: “Komanda olaraq hamını təbrik etdi, hamıya xoş sözlər dedi. Bunun ardını gətirməyə çalışacam, inanıram ki, gətirəcəm də Allahın izniylə”.

Bayramov turnirdəki qarşıdakı perspektivi belə dəyərləndirib: “İnşallah, çalışacağıq ki, davamını gətirək. Başlıca məqsədimiz qrupdan çıxmaqdı. Əlbəttə, bunu çox istəyirik ki, ilk “24-lüy”ə düşək. İnanıram ki, bunu bacaracağıq. Bunu edə biləcək gücdəyik komanda olaraq. Hələ qarşıda oyunlar var. Düşünürəm ki, hər şey yaxşı olacaq”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC