"Sabah" Misli Premyer Liqasının XIII turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq əvvəlcə oyunla bağlı düşüncələrini bölüşüb.
- Hər birinizi bayram münasibətilə təbrik edirəm. Oyuna böyük səhvlə başladıq və qapımızda qol gördük. Belə olan halda, oyuna davam etmək bir az çətindi. Amma qısa müddətdən sonra oyunu bərabərləşdirdik və rəqibdən daha yaxşı oynadıq. Bəxt sayəsində qol vurduq. Hücum etdiyimizə, rəqibə təzyiq etdiyimizə görə belə qol vura bildik. Bəzən belə olur. İkinci hissədə rəqibdən daha yaxşı idik. İki dənə yüz faizli epizoddan istifadə edə bilmədik. Əfsuslar olsun ki, qol vura bilmədik, əksinə rəqib fərqləndi.
- Qələbə qazansaydınız, oyun sizi qane edəcəkdi?
- Futbolçuların yanaşmasına, mübarizəsinə girə heç nə deyə bilmərəm. İki böyük səhvdən qapımızda qollar gördük.
- Son 2 oyunda son dəqiqələrdə qol buraxırsız. Komanda fiziki cəhətdən çatdırmır?
- Bəli, "Zirə" ilə matçda da son dəqiqələrdə qol buraxmışdıq. Fiziki durumla bağlı bir şey deyil. Oyuna daha çox fokuslanmaq lazımdı.
- Son nöqtəni qoya bilməməyin səbəbi nədi?
- Rəqiblərə yuxarıdan aşağı baxdığımızı düşünmürəm. Bu, futboldur, belə şeylər olur. Bəzən boş qapıya qol vura bilmirik.
- Autsayderlə matçlarda itirilən xallar gələcəkdə "Sabah"a necə təsir edəcək?
- Rəqiblərin 3-4-cü dövrədə aqressiv mübarizə aparmaları normal olacaq. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Hər oyunda yaxşı oynayan tərəf də bizik, xallar itirən də. Bunu şərh etmək çətindir. İtirilən hər xal problem yaradır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC