Taekvondoçularımız Avropa birinciliyini 4 medalla başa vurub

Azərbaycanın yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Presssport.az xəbər verir ki, turnirin son günündə yığma üzvləri daha 2 mükafat əldə edib.

Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb. Millimizin digər üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb. 

Yarışın ilk iki günündə Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) isə bürünc medal qazanmışdı.

Onu da bildirək ki, turnirdə Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC