"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuç Monteneqro millisinə dəvət alıb.
Presssport.az xəbər verir ki, həmin yığma komandanın baş məşqçisi Robert Prosineçki Millətlər Liqasının noyabrda keçiriləcək görüşləri üçün Azərbaycanda oynayan yarımmüdafiəçilərə də dəvət göndərib.
"Qarabağ"ın zədəsini yeni sağaldan monteneqrolu digər futbolçu - müdafiəçi Marko Veşoviç isə 23 nəfərlik siyahıda yer almayıb.
Onu da bildirək ki, Monteneqro millisi noyabrın 16-da İslandiya, noyabrın 19-da isə Türkiyə ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC