Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında iştirak edəcək.
Presssport.az xəbər verir ki, milli komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıb.
Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə məşqçi Səbinə Əzizlinin başçılığı altında Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Toplanışlar noyabrın 27-də yekunlaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC