"Mançester Siti"nin uğursuz çıxışları davam edir.
Presssport.az xəbər verir ki, "şəhərlilər" son olaraq ötən gecə İngiltərə Premyer Liqasının XI turunda "Brayton"a məğlub olub - 1:2.
Bununla da komandanın baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasında ilk dəfə olaraq ardıcıl 4 məğlubiyyət alıb. Bundan əvvəl isə "Mançester Siti" Liqa Kubokunda "Tottenhem"ə (1:2), Premyer Liqada "Bornmut"a (1:2), Çempionlar Liqasında isə "Sportinq"ə (1:4) məğlub olub.
Həmçinin mançesterlilər 2006-cı ildən bəri ardıcıl 4 oyunda uduzmayıb.
Onu da bildirək ki, "Mançester Siti" hazırda Premyer Liqada 23 xalla 2-ci pillədə qərarlaşıb və lider “Liverpul”dan 5 xal geri qalır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC