“Qarabağ”ın Norveç səfərində “Budyo Qlimt”in üzərində qazandığı 2:1 hesablı qələbədə Mateuş Koxalskinin əməyi az olmadı.
Polşalı qapıçı bəzi epizodlarda həyəcanlı görünsə də, ümumi planda inamlı təsir bağışladı.
Koxalski Bakıya qayıdar-qayıtmaz verdiyi müsahibədə ortaya çıxan suallara aydınlıq gətirib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Qələbənin sevinci və 90 dəqiqə ilə yolun yorğunluğu. Hansı digərindən üstündür?
- Birincini seçərdim. Onu daha çox hiss etdiyimi deməliyəm. Düzdür, dəhşətli dərəcədə yorğunam. Ancaq bunu üzərimdən atmaq üçün vaxtım olacaq. Avropa Liqasında ilk qələbəni qazanıb, əhval-ruhiyyəmizin yüksəlməsinə görə şadam.
- Bu qələbədən sonra pley-off şanslarının artdığını deyə bilərik?
- 3 xal bizə çox-çox lazım idi. Çünki əvvəlki matçlarda da buna yaxın olmuşduq. Lakin müəyyən səbəblərdən qələbələr əlimizdən çıxmışdı. Buna görə də hədsiz motivasiyalı idik. Bilirdik ki, oynadığımız futbol və yaratdığımız qol vəziyyətləri 3 xal qazanmağımıza imkan verir. Yersiz qayda pozuntularına və yersiz vərəqələrə yol vermədən istənilən rəqibi uda bilərik. Özümüzdən asılıdır.
- Uzaq Skandinaviyada, ağır hava şərtləri altında oynamaq necə idi?
- Norveç bəyəndiyim ölkədir. Budyo şəhərini də sevdim. Ərazisi geniş deyil, soyuqdur, ancaq şəhərdə və stadionda futbol havası var. Polşadan bu cür havaya öyrəncəliyəm.
- “Tottenhem” və “Ayaks”la görüşlərin hər birində qapına 3 top vurulduğunu nəzərə alsaq, start heyətində yer almağın nə dərəcədə xoş oldu?
- Düz deyirsiniz, həmin oyunlarda uduzmuşduq və ümumilikdə 6 top buraxmışdım. Bu, mənə çox pis təsir etmişdi. Bilirdim ki, özüm haqda müsbət fikirlər yarada bilməmişəm. Özümə söz vermişdim ki, nə olur-olsun bu matçda nəyə qadir olduğumu azarkeşlərimizə göstərəcəyəm. Qələbədə zərrə qədər payım varsa, bundan qürur duyuram (sportinfo.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC