"İllər keçir, Azərbaycan futbolu inkişaf edir" - MOK-un vitse-prezidenti

AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir.

Presssport.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək, ölkə futbolunun inkişaf etdiyini söyləyib:

“Bu gün Azərbaycanda idmanın və futbolun ən möhtəşəm günlərindən biridi. Bu, nəinki illik konfransdı, məncə, bu, həm də son 16 ilin hesabatıdı. İllər keçir, Azərbaycan futbolu inkişaf edir.

Hardan bura gəlib çıxmışıq, bunu unutmamalıyıq. Yadıma bir hadisə düşdü ki, onu sizə danışmaq istəyirəm. 30 il əvvəl Prezident Aparatında çalışırdım. Bir gün Aparatda canlanma oldu. Azərbaycan millisi İsraillə oynamalı idi. Lakin UEFA heç bir stadionumuzu qəbul etmədi. Ulu öndər Heydər Əliyev məni çağırdı ki, niyə bir standartlara uyğun stadionumuz yoxdu? Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunun durumu yaxşı deyildi, qoyunlar otlayırdı. Sonra Ulu öndər soruşdu ki, bəs, Sumqayıtdakı stadionun vəziyyəti necədir? Bildirdik ki, orda da vəziyyət yaxşı deyil. Yekunda oyunu Trabzonda keçirməli olduq. Bunu elə-belə xatırlamadım.

Bu gün Azərbaycan futbolda sözünü deyib. Bütün bunlar son 15-16 ildə görülən işlərin nəticəsidi".

MOK rəsmisi bu gün yeni seçiləcək heyətlə uğurlar arzu etməklə yanaşı, geridə qalan müddətdə Azərbaycan futboluna hərtərəfli dəstək olmuş insanlara təşəkkür etmək istədiyo vurğulayıb: "Məhz onların əməyinin nəticəsidi ki, indi bu səviyyəyə çatmışıq. Bəzən mediada tənqidlər olur, yığmadan narazılıq bildirilir. Aydın məsələdir ki, iş olan yerdə tənqid də olur. Milli Olimpiya Komitəsində adət etmişik. Ollimpiya çempionlarını sayı artdıqca tənqidlərin də sayı artır. Həm öz adımdan, həm də Milli Olimpiya Komitəsi adından AFFA rəhbərliyinə uğurlar arzu edirəm. İnanıram ki, futbolumuz bundan sonra da inkişaf edəcək”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC