"Qısa müddətdə yeni strategiya hazırlayacağıq və onunla hədəflərə çatacağımıza inanıram" - Rövşən Nəcəf

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransındaçıxış edib. 

Presssport.az xəbər verir ki, o, futbolda irəlliləmək üçün böyük imkanların olduğunu deyib:

“Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında uğurlu nəticələr göstərir. Ölkə prezidentinin siyasəti nəticəsində idmanda uğurlarımız var. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. Birlikdə çalışmalıyıq. Futbol meydandan kənarda da oynanılır. AFFA, federasiyalar, media, sponsorlar, hamımzı əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq”.

Yeni prezidentin sözlərinə görə, öncə hədəfləri müəyyənləşdirməlidirlər: "Qısa müddətdə yeni strategiya hazırlayacağıq və onunla hədəflərə çatacağımıza inanıram.

Uşaq futbolunun inkişafına böyük diqqət göstərməliyik. Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhvə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayını çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətləri ilə işləyərək buna nail ola bilərik. 

Teleyayım keyfiyyətinin inkişafının artırılmasını önəmli hesab edirik".

R.Nəcəfin sözlərinə görə, qadın futbolunun inkişafını daha da artıracaqlar: "Uğurlu çıxışların davamlı olması üçün onlara hər bir şəraiti yaradacağıq. 

Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamımızın fəxr və qürurla qeyd etdiyimiz klub futbolunda uğurlarımız zaman və səbrdən irəli gəlir. Millimizin FIFA reytinqində 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC