Millimiz "Neftçi-2" ilə bərabərə qaldı

U-19 yığmamız Milli Komandaların Təlim-Məşq Mərkəzində “Neftçi-2” ilə qarşılaşıb.

Presssport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində qolu 45+1-ci dəqiqədə Niyazi Osmanov vurub.

Xatırladaq ki, millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 millisiylə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC