Təmsilçimiz ÇL-də "Olimpiakos"un matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.

Presssport.az xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) - “Strumitsa” (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sentyabrın 24-də Yunanıstanın Pirey şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC