"Araz-Naxçıvan"ın 4-cü transferi qapıçı oldu

Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Muxtar Respublik  təmsilçisi Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb.

Son iki mövsümü “Turan Tovuz”da keçirən 29 yaşlı qolkiper karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib. O, naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyevlə Qəbələnin eyniadlı təmsilçisində birgə işləyib.

Xatırladaq ki, “Araz-Naxçıvan” dünən müdafiəçilər Urfan Abbasovıa Ömər Buludov və hücumçu Ülvü İsgəndərovu heyətinə qatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC