Güləş hakimimiz 2-ci dəfə Olimpiadada təmsil olunacaq

Azərbaycanın güləş hakimi Asif Şirəliyev 2-ci dəfə Yay Olimpiya Oyunlarına təyinat alıb.

Presssport.az verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.

Ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC