Davud Kərimi fərq qoymadı: "Komanda olaraq istəyimiz birdi - yenə Avropa çempionu olmaq niyyətindəyik"

Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi müsahibə verib. 

Presssport.az həmin müsahibəni təqdim edir: 

- Bakıdakı hazırlıq dövrü necə keçdi? Sizi narahat edən hər hansı məqam var? 

- Bakıdakı hazırlığımız çox yaxşı keçdi. Monteneqroya təlim-məşq toplanışı qarışıq turnirə də yollanmışdıq. Orada da çox yaxşı məşqlər etdik, 4 komandanın iştirakı ilə keçirilən turnirdə qalib gəldik. Finalda da Avropa və dünya çempionu Rumıniyanı məğlub etdik. Bizi narahat edən məqam hələ ki, yoxdur. Bosniya və Herseqovinada da üç məşqimiz var. Atmosferə baxacağıq.

- Avropa çempionatında əsas hədəf və məqsəd nə olacaq?

- Təbii ki, komanda olaraq istəyimiz birdi - yenə Avropa çempionu olmaq niyyətindəyik. 2022-ci ildə necə çempion olmuşuqsa, Bosniya və Herseqovinada titulumuzu qorumağa çalışacağıq. Avropa çempionatında nəticə ancaq çempionluqdur. Xeyirlisi olsun. Sona kimi mübarizə aparıb, xalqımızı sevindirməyə çalışacağııq.

- Rəqiblər haqda hansı fikirdəsən? Belçika, Fransa və İtaliya milliləri haqda nə düşünürsən?

Qrupdakı Belçika ilə əvvəllər qarışlaşmamışıq. Amma 2022-ci ildə Slovakiyadakı Avropa çempionatında onların oyunlarını görmüşdük. Fransa və İtaliyanı da tanıyırıq. Onlarla Bakıdakı turnirdə qarşılaşmışıq. Özü də, hər ikisini udmuşduq. Fransa millisi zaman keçdikcə çox güclü komandaya çevrilir. İtaliya isə sürpriz komandadır, hər şey ola bilər. Üstəlik, İtaliyada minifutbola maraq çox artıb. Təsəvvür edin, bizim kimi onlar da 2025-ci ildə dünya çempionatına ev sahibliyi etmək istəyirdi. Amma biz qazandıq, gələn il dünya çempionatının ev sahibi biz olacağıq. Hər halda, İtaliyada minifutbola maraq artıb, gələcəkdə onlar da hansısa mötəbər turniri keçirəcəklər.

- 2022-ci ildə milli komandamızın qapısını sən qorudun və Avropa çempionu olduq. Bu dəfə də, əsas qolkiper olmaq üçün özünü hazır hesab edirsən?

- Bəli, 2022-ci ildəki Avropa çempionatında qapıda çox yaxşı dayanmışdım. Elşad Quliyev bu dəfə də etimad göstərərsə, canla-başla millinin qapısını qorumağa hazıram.

- Avropa çempionu olan komandamızla indiki arasında hansı fərq var? Necə müqayisə aparardın?

- Biz ölkəmizi təmsil edirik, sona qədər mübarizə aparacağıq. 2022-ci ildəki heyətlə indiki arasında fərq qoymuram. O vaxtı da güclüydük, seçmə uşaqlar milliyə cəlb olunmuşdu. İndi də hansı futbolçu güclüdürsə, yığmaya cəlb olunub. 20 nəfər idik, üç nəfəri yığmaya düşmədi. Ancaq onlar da milliyə layiq idilər. Sadəcə belə alındı. Elşad Quliyevin son andakı seçimi 17 nəfərin üzərində quruldu. Ən güclülər millidədir. Əl-ələ verib, Bosniya və Herseqovinada çempion olmağa çalışacağıq (sportal.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC