Final oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib

İyunun 2-də "Qarabağ" və "Zirə" arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.

Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da, “Zirə”dəki həmkarı Rəşad Sadıqovun mətbuat konfransı 17:30-da başlayacaq.

“Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.

Onu sa bildirək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqdə iştirak üçün 1 iyun tarixində saat 15:30-da metronun Koroğlu stansiyasının qarşısından (“Piramida”nın arxasından) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobus “Liv Bona Dea Arena”ya yola düşəcək. Geri dönüş isə saat 19:00-da olacaq. Media nümayəndələri mövsümlük akkreditasiyalarını təqdim etməklə nəqliyyat vasitəsinin xidmətindən yararlana bilər. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC